Almaniya qalib gəldi, Norveç darmadağın etdi, 5-ci pilləyə düşdük

6 Oktyabr 2017 00:53 Dünya çempionatı 698
Almaniya qalib gəldi, Norveç darmadağın etdi, 5-ci pilləyə düşdük

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Avropa zonasının C, E və F qruplarında növbəti oyunlar keçirilib.

Sportinfo.az xəbər verir ki, C qrupunda mübarizə aparan millimiz bu gün Çexiyanı qəbul edib və məğlub olub. Qrupun əsas diqqət çəkən oyunu isə Belfastda baş tutub.

Burda keçirilən Şimali İrlandiya və Almaniya millilərinin oyununda ilk 2 pillənin taleyinə böyük ölçüdə aydınlıq gəlib. İrlandlar kağız üzərində qalan 1-ci pillə şanslarını davam etdirmək üçün qrupda keçirdiyi bütün oyunları qələbə ilə başa vurmuş “panzerlər”i məğlub etməliydi.

Görüşdə qeydə alınacaq heç-heçə isə Almaniya millisinə Rusiyada keçiriləcək mundiala vəsiqə verəcəkdi. Lakin Almaniya bu oyunda da qələbə qazanmaqla sürprizə imkan verməyib. Norveç isə autsayder San Marinoya səfərdə 8 cavabsız qol vurub.

Digər qruplarda Polşanın səfərdə Ermənistanı darmadağın etməsi diqqət çəkən olub. Danimarka səfərdə Monteneqroya, Rumıniya isə Qazaxıstana qalib gəlib.

İngiltərə və Şotlandiya yığmaları doğma meydanda müvafiq olaraq Sloveniya və Slovakiyaya oxşar hesabla (1:0) qalib gəlib. Malta - Litva duelində isə qalib müəyyənləşməyib.

C qrupu

Azərbaycan - Çexiya 1:2

Qol: Ə.İsmayılov, 55-pen - Y.Kopiç, 35. A.Barak, 66.


San Marino - Norveç 0:8

Qol: M.Henriksen, 8. C.Kinq, 14-pen; 17. M.Elyunussi, 40; 48; 68. K.Selnes, 59. M.Linnes, 87.

Şimali İrlandiya - Almaniya 1:3

Qol: C.Macennis, 90 - S.Rudi, 2. S.Vaqner, 21. C.Kimmix, 86.

E qrupu

Rumıniya - Qazaxıstan 3:1

Qol: K.Budesku, 33; 38. K.Keseru, 73 - B.Turisbek, 82.

Ermənistan - Polşa 1:6

Qol: H.Hambardzumyan, 39 - K.Qrosiçki, 2. R.Levandovski, 18; 25; 64. Y.Blaşikovski, 58. R.Volski, 89.

Monteneqro - Danimarka 0:1

Qol: K.Eriksen, 16.

F qrupu

Malta - Litva 1:1

Qol: A.Aqius, 23 - V.Slivka, 53.



İngiltərə - Sloveniya 1:0

Qol: H.Keyn, 90.



Şotlandiya - Slovakiya 1:0

Qol: K.Martin, 89.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti