Sabahdan satış başlayır - DÇ-2018-in bilet qiymətləri açıqlandı

13 Sentyabr 2017 12:48 Dünya çempionatı 583
Sabahdan satış başlayır - DÇ-2018-in bilet qiymətləri açıqlandı

Gələn il Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının biletləri sabahdan etibarən satışa çıxarılacaq. Sportinfo.az xəbər verir ki, satışın ilk mərhələsi 14 sentyabr - 16 noyabr tarixlərini əhatə edəcək.

Biletlərin növbəti partiyası isə 5 dekabr - 31 yanvar və 13 mart - 3 aprel tarixlərində satışa çıxacaq. Azarkeşlər Konfederasiyalar Kubokunda olduğu kimi dünya çempionatında da oyunlara baxmaq üçün FAN-İD kartlarını əldə etməlidilər.

Biletlər FİFA-nın rəsmi saytı vasitəsilə satılacaq. Xaricdən Rusiyadakı mundialı canlı izləmək istəyənlər üçün 1, 2 və 3-cü kateqoriya biletlər satışa çıxarılacaq.

3-cü kateqoriyada ən ucuz biletlər qrup mərhələsində 105, 1/4 finalda 175, finalda isə 455 dollar olacaq. 1-ci və ən bahalı kateqoriya üçün biletlərin qiyməti isə qrupda 550, həlledici oyun üçün isə 1100 dollardan başlayır.

DÇ üçün 4-cü kateqoriya biletlər də satışa çıxarılacaq. Lakin bu biletlər ancaq Rusiya vətəndaşları üçün nəzərdə tutulub. Bu kateqoriyaya aid biletlərin qiyməti qrup mərhələsində 22, final qarşılaşması üçün isə 122 dollardan başlayır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti