DÇ-2018: Pley-off mərhələsinin püşkatma tarixi və yeri açıqlandı

7 Sentyabr 2017 00:46 Dünya çempionatı 610
DÇ-2018: Pley-off mərhələsinin püşkatma tarixi və yeri açıqlandı

2018-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off matçlarının püşkatma mərasimi oktyabrın 17-də İsveçrənin Sürix şəhərində keçiriləcək.

Sportinfo.az xəbər verir ki, öz qruplarının qalibi olan 9 komanda Rusiyada təşkil olunacaq final mərhələsinə birbaşa vəsiqə qazanacaqlar.

İkinci yeri tutan 9 yığmadan ən yaxşı göstəriciyə malik 8-i isə "pley-off" oyunları üçün 4 cütə bölünəcək. Cütlərin qalibləri də mundiala yollanacaqlar.

Hələlik Avropa zonasından DÇ-2018-ə birbaşa vəsiqəni H qrupunun qalibi Belçika qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti