Almaniya Norveçi darmadağın etdi, çexlər Britaniyada uduzdu - DÇ

5 Sentyabr 2017 00:46 Dünya çempionatı 724
Almaniya Norveçi darmadağın etdi, çexlər Britaniyada uduzdu - DÇ

DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasının C, E və F qruplarında növbəti oyunlar keçirilib. Sportinfo.az xəbər verir ki, C qrupunda yarışan millimiz evdə San Marino ilə üz-üzə gəlib və darmadağına sevinib.

Qrupun digər oyunlarında isə Almaniya Norveçi, Şimali İrlandiya isə Çexiyanı qəbul edib. İtkisiz irəliləyən almanlar 6, ikinci pillədə qərarlaşan irlandlar isə 2 cavabsız qolla qalib gəliblər.

Sentyabrın 3-də isə A, B və H qruplarında oyunlar keçirilib. A qrupunda ötən turda Fransaya böyük hesabla uduzaraq (0:4) Rusiyada keçiriləcək mundiala qatılmaq şansını bir xeyli çətinə salan Hollandiya ötən turda evdə İsveçi gərgin mübarizədə məğlub edərək (3:2) bu şansını davam etdirən Bolqarıstanı qəbul edib. Meydan sahibləri bu görüşdə inamlı qələbəyə seviniblər.

Qrup lideri Fransa isə evdə ötən turda Belarusu məğlub edərək (1:0) sensasiyaya imza atan Lüksemburqla qarşılaşıb. Gecənin ən böyük sürprizi də məhz bu görüşdə qeydə alınıb. Fransızlar bu rəqiblə oyunda qolsuz heç-heçəyə razılaşıblar.

B qrupunda Portuqaliya millisi Macarıstanın qonağı olub. Qarşılaşma portuqalların qələbəsiylə bitib. Lider İsveçrə isə səfərdə Latviya ilə üz-üzə gəlib və darmadağına sevinib. Günün ən maraqla gözlənilən oyunlarından biri isə Pireydə, “Georgios Karaiskakis” stadionunda baş tutub.

H qrupunun lideri Belçika ən yaxın izləyicisi Yunanıstanın qonağı olub. “Qırmızı iblislər” bu oyunda qalib gələcəyi və ya qollu heç-heçə edəcəyi (1:1-dən başqa) təqdirdə, DÇ-2018-ə vəsiqəni təmin edəcəkdi.

Sözügedən komanda üç qolun vurulduğu oyunda qələbə qazanmaqla bu istəyinə çatıb. Dünən yağış səbəbindən dayandırılan Xorvatiya - Kosova görüşü də bu gün qaldığı yerdən davam etdirilib. Meydan sahibləri minimal hesabla üstün olublar.

C qrupu

Şimali İrlandiya – Çexiya 2:0
Qol:
Evans, 28, Brunt, 41

Almaniya – Norveç 6:0
Qollar:
Özil, 10, Draksler, 17, Verner, 21, 40, Qoretzka, 50, Qomez, 79

Azərbaycan – San-Marino 5:1
Qollar:
Əfran İsmayılov, 20 (1:0), Araz Abdullayev, 25 (2:0), Əfran İsmayılov, 57(3:0), Miçel Cevoni, 71-avtoqol (4:0), Mirko Palazzi, 74 (4:1), Rəşad Sadıqov,81 (5:1)

N

Komanda

O

Q

H

M

T/F

X

1

Almaniya

8

8

0

0

35-2

24

2

Ş. İrlandiya

8

6

1

1

16-2

19

3

Azərbaycan

8

3

1

4

8-12

10

4

Çexiya

8

2

3

3

10-9

9

5

Norveç

8

2

1

5

8-16

7

6

San Marino

8

0

0

8

2-38

0



E qrupu

Monteneqro – Rumıniya 1:0
Qol:
Yovetiç, 45

Polşa – Qazaxıstan 3:0
Qol:
Milik, 11, Qlik, 74, Levandovski, 86

Ermənistan – Danimarka 1:4
Qollar:
Koryan, 6 (1:0), Delani, 17 (1:1), Eriksen, 29 (1:2), Delani, 83 (1:3), 90+3 (1:4)

1.

Polşa

8

6

1

1

18:11

19

2.

Montenegro

8

5

1

2

18:7

16

3.

Danmarka

8

5

1

2

18:7

16

4.

Rumıniya

8

2

3

3

8:8

9

5.

Ermənistan

8

2

0

6

8:19

6

6.

Qazaxıstan

8

0

2

6

4:22

2



F qrupu

22:45. Sloveniya – Litva - 4:0
Qol: İliçiç, 25-pen. 61, Vrbiç, 82, Birsa, 90

22:45. Şotlandiya - Malta -2:0
Qol: Berra, 9, Qriffits, 49

İngiltərə - Slovakiya 2:1
Qol: Lobotka, 3 (0:1). Dier, 37 (1:1), Reşford, 59 (2:1)

1.

İngiltərə

8

6

2

0

16:3

20

2.

Slovakiya

8

5

0

2

14:6

15

3.

Sloveniya

8

4

2

2

10:4

14

4.

Şotlandiya

8

4

2

2

14:10

14

5.

Litva

8

1

2

5

6:18

5

6.

Malta

8

0

0

8

2:21

0

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti