"Həyat başqa əllə ona nəsə qaytaracaq” - De Byazinin favoriti

5 Dekabr 2022 02:40 Dünya çempionatı 465
"Həyat başqa əllə ona nəsə qaytaracaq” - De Byazinin favoriti

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Qətərdə keçirilən 2022-ci il dünya çempionatında favoritinin adını açıqlayıb.

Sportinfo.az "TMW"yə istinadən xəbər verir ki, italiyalı məşqçi İspaniyanın çempion olmasını istəyir:

"İspaniya dünya çempionatında mənim favoritimdir. Bu, mənim ən çox güvəndiyim komandadır.

Həyatın Luis Enrikedən aldığından sonra onun bu turniri qalib başa vurmasına çox sevinərdim. Demək ki, həyat başqa əllə ona nəsə qaytaracaq”.

2019-cu ildə Luis Enrikenin qızı 9 yaşında xəstəlikdən dünyasını dəyişib.

Digər Xəbərlər
Xəbər Lenti