"Onlar sona qədər təhlükəli olacaqlar" - DÇ-2022-dəki favoritləri

5 Dekabr 2022 01:40 Dünya çempionatı 354
"Onlar sona qədər təhlükəli olacaqlar" - DÇ-2022-dəki favoritləri

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger DÇ-2022-dəki favoritləri haqda danışıb.

Sportinfo.az xəbər verir ki, 73 yaşlı mütəxəssis İngiltərə, Fransa və Mərakeş millilərini fərqləndirib:

“Daha yaxşı cinah oyunçuları olan komandaların dünya kubokunu qazanması ehtimalı daha yüksəkdir. Dayaq müdafiəçiləri də burada əsas rol oynayırlar.

Belə komandalar sırasında Fransa və İngiltərə də var. Onlar sona qədər təhlükəli olacaqlar.

Mərakeşin oyunu mənim üçün gözlənilməz oldu. Onların turnirin 1/8 finalında İspaniya ilə qarşılaşmasını səbrsizliklə gözləyirəm.

Ümid edirəm ki, Afrika komandaları gələcəkdə dünya çempionatında daha çox təmsil olunacaqlar”.

Digər Xəbərlər
Xəbər Lenti