Mbappe Fransanı DÇ-2022-nin ¼ finalçısı etdi - VİDEO

4 Dekabr 2022 21:10 Dünya çempionatı 885
Mbappe Fransanı DÇ-2022-nin ¼ finalçısı etdi - VİDEO

Fransa millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, Didye Deşamın rəhbərlik etdiyi kollektiv 1/8 finalda Polşa millisinə 3:1 hesabı ilə qalib gəlib.

"Xoruzlar"dan qolları 44-cü dəqiqədə Olivye Jiru, 74 və 90+1-ci dəqiqələrdə Kilian Mbappe vurub.

Polşalıların təsəlli qoluna isə matçın əsas vaxtına əlavə olunmuş 9-cu dəqiqədə penaltidən Robert Levandovski imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...