DÇ-2022: Fransa və İngiltərə növbəti mərhələdə - YENİLƏNİB

5 Dekabr 2022 00:52 Dünya çempionatı 700
DÇ-2022: Fransa və İngiltərə növbəti mərhələdə - YENİLƏNİB

DÇ-2022-də 1/8 final mərhələsi davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün 2 matç keçirilib.

Günün ilk oyununda Fransa Polşa ilə üz-üzə gəlib. "Al Tumama" stadionundakı görüşdə Fransa qələbə qazanıb (3:1) və 1/4 finala adlayıb.

Fransanın bu mərhələdəki rəqibi bu gün keçiriləcək İngiltərə - Seneqal matçının güclüsü olacaq.

"Əl Bayt" stadionundakı İngiltərə - Seneqal oyunu saat 23:00-da start götürüb. Matç İngiltərənin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, 1/4 finalda Fransa və İngiltərə üz-üzə gələcək

Bundan əvvəl Niderland və Argentina 1/4 finala yüksəliblər. Sözügedən komandalar da bu mərhələdə qarşılaşacaqlar.

4 dekabr

19:00. Fransa - Polşa 3:1

Qollar: Olivye Jiru, 44, Kilian Mbappe, 74, 90+1 - Robert Levandovski, 90+8 (pen)

Fransa: Uqo Loris (K), Jül Kunde, Dayo Upamekano, Rafael Varan, Teo Ernandes, Orelyen Çuameni, Adrien Rabyo, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru

Polşa: Voytsex Şesnı, Bartoş Bereşinski, Kamil Qlik, Metti Keş, Pşemıslav Frankovski, Yakub Kivyor, Qjeqoj Krıxovyak, Robert Levandovski (K), Pyotr Zelinski, Sebastian Şimanski, Yakub Kaminski

23:00. İngiltərə - Seneqal 3:0

Qollar: Cordan Henderson, 38, Harri Keyn, 45+3, Bukaya Saka, 57

İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 3. Luk Şou, 4. Deklan Rayz, 5. Con Stounz, 6. Herri Maquayr, 8. Cordan Henderson, 9. Harri Keyn, 17. Bukayo Saka, 20. Fil Foden, 22. Cud Bellingem

Seneqal: 16. Eduard Mendi, 11. Pate Siss, 9. Bulaye Dia, 22. Abdu Diallo, 14. İsmail Yakobs, 3. Kalidu Kulibali (k), 13. İliman Ndiaye, 21. Yussuf Sabali, 18. İsmaila Sarr, 15. Krepin Diatta, 6. Nampalis Mendi

Digər Xəbərlər
Xəbər Lenti