”Onlar məni görməyəcək - Futbolçular məndən bezməyə başlayıblar”

4 Dekabr 2022 00:10 Dünya çempionatı 553
”Onlar məni görməyəcək - Futbolçular məndən bezməyə başlayıblar”

Niderland millisinin baş məşqçisi Lui van Qal DÇ-2022-nin 1/8 finalında ABŞ-a qalib gələrək 1/4 finala adladıqları matç (3:1) barədə danışıb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis deyib:

“Planımız matç zamanı boşluqlar yaratmaq idi. Biz buna nail olduq. Qollarımız bir-birindən gözəldir. 3-cü qol vəziyyətində sol cinah müdafiəçi sağa qol ötürməsi verdi. Bu, heyrətamizdir.

Amma topla oyunda kifayət qədər yaxşı deyilik. Rəqib topa sahib olanda hər şeyi düzgün edirik, amma özümüz də tez-tez lazımsız itkilər veririk.

Xeyli inkişaf etməliyik, əks-halda dünya çempionu olmayacağıq. İndi futbolçulara bir gün istirahət verəcəyəm və onlar məni görməyəcəklər. Futbolçular məndən bezməyə başlayıblar”.

Niderland 1/4 finalda hazırda davam edən Argentina - Avstraliya görüşünün qalibi ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!