DÇ-2022: Niderland və Argentina 1/4 finalda - YENİLƏNİB

4 Dekabr 2022 01:01 Dünya çempionatı 1 085
DÇ-2022: Niderland  və Argentina 1/4 finalda - YENİLƏNİB

Bu gün Qətərdə təşkil olunan DÇ-2022-də qrup mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, 3-cü turun son oyun günündə G və H qruplarında 4 matç keçirilib və 1/8 finalın bütün cütlükləri məlum olub.

G qrupunda pley-offa vəsiqəni təmin edən Braziliya Kamerunla qarşılaşıb və uduzub - 0:1. Qrupun digər oyununda İsveçrə Serbiyaya 3:2 hesabı ilə qalib gəlib. İsveçrəlilər bu qələbə sayəsində 1/8 finala adlayıblar.

H qrupunda isə 1/8 finala adlayan Portuqaliya millisi Cənubi Koreya yığmasına 1:2 hesabı ilə uduzub.

Qana isə Uruqvaya 0:2 hesabı ilə məğlub olub. Bu nəticələrdən sonra H qrupunda Portuqaliya qrup lideri, Cənubi Koreya qrup 2-cisi kimi növbəti mərhələyə yüksəlib.

Daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina, Polşa, Yaponiya, İspaniya, Xorvatiya və Mərakeş yığmaları 1/8 finala vəsiqə qazanıblar.

3 dekabr

19:00. Niderland - ABŞ 3:1

Qollar: Memfis Depay, 10, Deyli Blind, 45+1, Rayt, 76 - Dumfris, 81

Baş hakim: Vilton Sampayo (Braziliya)

"Xəlifə" stadionu

Niderland: 23. Andries Noppert, 2. Yurien Timber, 4. Vircil Van Dayk, 5. Natan Ake, 22. Denzel Dümfriz, 15. Marten De Run, 21. Frenki De Yonq, 17. Deyli Blind, 14. Deyvi Klaassen, 10. Memfis Depay, 8. Kodi Qakpo

ABŞ: 1. Met Törnr, 2. Sejinyo Dest, 13. Tim Rim, 3. Uolker Zimmerman, 5. Entoni Robinson, 4. Tayler Adams, 6. Yunus Musa, 8. Ueston Makkeni, 21. Timoti Vea, 10. Kristian Pulişiç, 9. Xesus Ferreyra

23:00. Argentina - Avstraliya 2:1

Qollar: Lionel Messi, 35, Alvares, 56 - Kreyq Qoodvin, 77

Argentina: Martines, Otamendi, Akunya, Alvares, Romero, De Paul, Makalister, Qomes, Fernandes, Molina, Messi

Avstraliya: Rayan, Roulz, Deqenek, Suttar, Leki, Behiç, Mui, İrvin, Makqri, Bakkus, Dyuk

Baş hakim: Şimon Marçinyak (Polşa)

"Əhməd ibn-Əli" stadionu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!