Argentina yığmasının baş məşqçisi Lionel Skaloni DÇ-2022-nin 1/8 final mərhələsinin oyunundan öncə Avstraliya millisi ilə bağlı fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, o, Avstraliya millisini güclü rəqib hesab etdiyini deyib:
“Rəqibimiz çox yaxşı, güclü komandadır. Bu, futboldur: 11 nəfərə qarşı 11 nəfər. Kağız üzərində favoritliyi kənara qoyub, futbol oynamalıyıq.
Avstraliyalı oyunçulara müqavimət göstərməyə və oyun üslubumuzu tətbiq etməyə çalışacağıq”.
DÇ-2022-nin pley-off mərhələsinin Argentina – Avstraliya oyunu bu gün keçiriləcək.

