24 il sonra bunu yaşadılar

3 Dekabr 2022 18:20 Dünya çempionatı 644
24 il sonra bunu yaşadılar

Braziliya DÇ-2022-nin G qrupunun son turunda Kameruna 0:1 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, bununla da, "sambaçılar" 24 il sonra dünya çempionatının qrup mərhələsində meydanı xalsız tərk edib.

Braziliya millisi sonuncu dəfə 1998-ci ildə Fransada təşkil olunmuş mundialda Norveçə məğlub olmuşdu (1:2).

Bunun nəticəsində Titenin komandasının dünya çempionatlarının qrup mərhələsindəki 17 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub.

Məğlubiyyətə baxmayaraq Braziliya millisi qrup lideri kimi 1/8 finala yüksəlib. Cənubi amerikalılar bu mərhələdə Cənubi Koreya yığması ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...