Dünya çempionatının qrup mərhələsində uğursuz çıxışından sonra Almaniya milli komandası tənqid hədəfinə çevrilib.
Sportinfo.az xəbər verir ki, ardıcıl ikinci dəfə mundialda uğursuzluq yaşayan komanda haqqında bir çox maraqlı faktlar ortaya çıxıb.
Bunlardan ən çox xatırlananı isə 1982-ci il mundialında baş tutan Avstriya ilə matçdır.
40 il əvvəl Almaniya ilə Avstriya DÇ-nin qrup mərhələsində Əlcəzairin növbəti mərhələyə çıxmaması üçün əlindən gələni etmişdi. Həmin vaxt son turda oyunlar nəinki eyni saatda, heç eyni gündə keçirilmirdi.
İlk turda almanları 2:1 məğlub edən Əlcəzair yığması, ikinci oyunda Avstriyaya 0:2 uduzmuşdu. Son görüşdə Çilini 3:2 məğlub etsələr də, Almaniya Avstriya üzərində 1 və ya 2 top fərqi ilə qələbə qazanacağı halda Avstriya ilə ilk 2 pillənin sahibi qismində növbəti mərhələyə adlayırdı.

10-cu dəqiqədə bundestim hesabı açdı, bundan sonra isə tərəflər “Xixon rəzaləti” kimi ad qazanan matçda qapılara zərbə belə endirmirlər. Çünki həmin mundial İspaniyada baş tuturdu və matç Xixon şəhərində keçirilirdi.
Bu hadisənin gündəmə gəlməsinin daha bir səbəbi isə Yaponiyaya uduzaraq Almaniyanı qrupda saxlayan İspaniya millisinin baş məşqçisi Luis Enrikenin Xixon şəhərindən olmasıdır.

Almaniya millisi 2018-ci ildə də Cənubi Koreyaya uduzaraq 1/8 finala çıxa bilməmişdi.

