"Bunu gözləmirdik, odur ki, yalnız özümüzü günahlandıra bilərik"

3 Dekabr 2022 10:00 Dünya çempionatı 690
"Bunu gözləmirdik, odur ki, yalnız özümüzü günahlandıra bilərik"

Almaniya millisinin yarımmüdafiəçisi Kay Havertz komandasının 2022-ci il dünya çempionatında qrup mərhələsində qalması ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, Almaniya Futbol Federasiyasının mətbuat xidmətinə danışan forvard uğursuzluğu belə şərh edib:

"İspaniyanın Yaponiya ilə görüşündə bu cür nəticə qeydə alınacağını gözləmirdik. Ancaq yalnız özümüzü günahlandıra bilərik.

Həm Yaponiyanı, həm də İspaniyanı məğlub etmək üçün kifayət qədər imkanlarımız var idi. Kosta-Rika bizə pley-offa çıxmaq şansı verdi.

Lakin biz bundan istifadə edə bilmədik. Nə yaxşı ki, oyunu dəyişdik, amma bu cür məharətlə komandamız

Yaponiyaya uduzmamalıydı. Biz evə layiqli şəkildə yollanırıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!