Braziliya Kameruna uduzdu, qrupu birinci bitirdi - VİDEO

3 Dekabr 2022 01:20 Dünya çempionatı 845
Braziliya Kameruna uduzdu, qrupu birinci bitirdi - VİDEO

Braziliya Qətərdə keçirilən dünya çempionatında G qrupunu ilk pillədə tamamlayıb.

Sportinfo.az xəbər verir ki, "sambaçılar" sonuncu turda Kameruna 0:1 hesabı ilə uduzsa da, qrup qalibi olub.

Yeganə qolu əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə Vensan Abubakar vurub. 30 yaşlı forvard 1 dəqiqə sonra ikinci sarı vərəqə ilə meydandan qovulub.

Bu nəticədən sonra 6 xalı olan "sambaçılar" 1/8 finala qrup lideri kimi adlayıb. Cənubi Amerika təmsilçisi növbəti mərhələdə Cənubi Koreya yığması ilə qarşılaşacaq.

4 xalı olan Kamerun seçməsi isə 3-cü yeri tutaraq, DÇ-2022-də mübarizəni dayandırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!