DÇ-2022-də 1/8 finalın növbəti iştirakçısı Cənubi Koreya oldu - VİDEO

2 Dekabr 2022 23:00 Dünya çempionatı 579
DÇ-2022-də 1/8 finalın növbəti iştirakçısı Cənubi Koreya oldu - VİDEO

Sportinfo.az xəbər verir ki, Cənubi Koreya yığması Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.

H qrupunun sonuncu - III turunda Portuqaliyanı 2:1 hesabı ilə məğlub edən Asiya təmsilçisi digər matçda Uruqvayın Qanaya 2 cavabsız qolla qalib gəlməsinə baxmayaraq mərhələ adlayıb.

Son turun oyunlarında sonra Portuqaliya 6 xalla qrup lideri olub. Cənubi Koreya 4 xalla 2-ci pilləni tutub.

Eyni xala malik Uruqvay seçməsi 3-cü, 3 xalı olan Qana isə sonuncu sırada qərarlaşıb.

Daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina, Polşa, Mərakeş, Xorvatiya, Yaponiya və İspaniya yığmaları 1/8 vəsiqə əldə ediblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!