“Yaxşı ki, pley-offdayıq"

3 Dekabr 2022 00:30 Dünya çempionatı 658
“Yaxşı ki, pley-offdayıq"

İspaniya millisinin yarımmüdafiəçisi Serxio Buskets DÇ-2022-nin qrup mərhələsinin üçüncü turunun Yaponiya ilə matçını (1:2) şərh edib.

Sportinfo.az xəbər verir ki, futbolçu Yaponiya millisinin əks-hücumlara bel bağladığını bildirib:

“Oyuna nəzarət etdiyimiz görünürdü. Yaponlar əks-hücuma ümid edirdilər. İkinci hissədə yaxşı oynadılar. Yaxşı ki, pley-offa yüksəldik.

Kiminsə qrupda birinci və ya ikinci yeri tutması onun daha asan və ya çətin olacağı anlamına gəlmir”.

E qrupunda Yaponiya 6 xal toplayaraq növbəti mərhələyə lider kimi vəsiqə qazanıb. 4 xala malik İspaniya millisi də adını 1/8 finala yazdırmağı bacarıb.

Pley-off mərhələsində Yaponiya Xorvatiya ilə, İspaniya isə Mərakeşlə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!