DÇ-2022-də sonuncu iki 1/8 finalçı da məlum oldu

3 Dekabr 2022 01:02 Dünya çempionatı 1 287
DÇ-2022-də sonuncu iki 1/8 finalçı da məlum oldu

Bu gün Qətərdə təşkil olunan DÇ-2022-də qrup mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, 3-cü turun son oyun günündə G və H qruplarında 4 matç keçirilib və 1/8 finalın bütün cütlükləri məlum olub.

G qrupunda pley-offa vəsiqəni təmin edən Braziliya Kamerunla qarşılaşıb və uduzub - 0:1.

Qrupun digər oyununda İsveçrə Serbiyaya 3:2 hesabı ilə qalib gəlib. İsveçrəlilər bu qələbə sayəsində 1/8 finala adlayıblar.

H qrupunda isə 1/8 finala adlayan Portuqaliya millisi Cənubi Koreya yığmasına 1:2 hesabı ilə uduzub.

Qana isə Uruqvaya 0:2 hesabı ilə məğlub olub. Bu nəticələrdən sonra H qrupunda Portuqaliya qrup lideri, Cənubi Koreya qrup 2-cisi kimi növbəti mərhələyə yüksəlib.

Daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina, Polşa, Yaponiya, İspaniya, Xorvatiya və Mərakeş yığmaları 1/8 finala vəsiqə qazanıblar.

2 dekabr

G qrupu

23:00. Kamerun - Braziliya 1:0

Qol: Abubakar, 90+3

Kamerun: Epassi, Tolo, Eboss, Vu, Fay, Kunde, Anqissa, Nqamale, Şupo-Motinq, Mbemo, Abubakar

Braziliya: Ederson, Telles, Militao, Bremer, Alves, Rodriqo, Fred, Fabinyo, Antoni, Martinelli, Jezus

23:00. Serbiya - İsveçrə 2:3

Qollar: Mitroviç, 26, Vlahoviç, 35 - Xerdan Şaqiri, 20, Embolo, 44

Serbiya : Milinkoviç-Saviç (Vanya), Milenkoviç, Velkoviç, Pavloviç, Jivkoviç, Milinkoviç-Saviç (Sergey), Lukiç, Kostiç, Tadiç, Mitroviç, Vlahoviç

İsveçrə: Kobel, Rodriqes, Şer, Akanji, Vidmer, Caka, Froyler, Varqas, Sou, Şakiri, Embolo

Xal durumu: Braziliya - 6, İsveçrə - 3, Kamerun - 1, Serbiya - 1.

H qrupu

19:00. Qana - Uruqvay 0:2

Qollar: Arraskaeta, 26, 32

Qana: 1. Laurens Atiziqi, 21. Salis Abdulsamed, 18. Daniel Amarte. 10. Andre Ayu, 9. Cordan Ayu, 17. Baba Rahman, 20. Mohammed Kudus, 5. Tomas Parte, 4. Mohammed Salisu, 26. Seidu Alidu, 19. İnaki Uillyams

Uruqvay: 23. Serxio Roçet, 6. Rodriqo Bentankur, 19. Sebastyan Koates, 10. Corcian de Arraskaeta, 2. Xose Mariya Ximenes, 13. Gilyermo Varela, 11. Darvin Nunyes, 16. Matias Oliveyra, 8. Fakundo Pellistri, 9. Luis Suares, 15. Federiko Valverde

19:00. Cənubi Koreya - Portuqaliya 2:1

Qollar: Horta, 5 - Yunq Qvon, 27

Cənubi Koreya: 1. Kim Sunqyu, 3. Kim Jin Su, 19. Kim Yunq Qvon, 20. Kvon Ken Von, 15. Kim Mun Hvan, 6. Hvan İn Beom, 5. Yung Vu Yunq, 18. Li Kan İn, 10. Li Ce Son, 7. Hın Min Son, 9. Sun Kyu Ço

Portuqaliya: 22. Dioqu Koşta, 3. Pepe, 24. Antonio Silva, 20. Joau Kanselu, 2. Dioqo Dalot, 16. Vitinya, 18. Ruben Neveş, 17. Joao Mariu, 23. Mateuş Nunyeş, 21. Rikardo Horta, 7. Kriştianu Ronaldu

Xal durumu: Portuqaliya - 6, Qana - 3, Cənubi Koreya - 1, Uruqvay - 1.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!