Almaniya Qətərdə keçirilən dünya çempionatı ilə vidalaşıb.
Sportinfo.az xəbər verir ki, Bundestim E qrupunun III turunda Kosta Rikanı 4:2 hesabı ilə məğlub etsə də, mübaizəni dayandırıb.
Buna qrupun digər matçında Yaponiya yığmasının İspaniyaya 2:1 hesabı ilə qalib gəlməsi səbəb olub.
Bu nəticələrdən sonra Asiya təmsilçisi 6 xalla qrup lideri olub və pley-offa adlayıb.
İspaniya 4 xalla ikinci, eyni xala malik Almaniya üçüncü olub. 3 xalı olan Kosta Rika isə qrupu sonuncu pillədə başa vurub.

