"Bizim əsas vəzifəmiz onlara problem yaratmaqdır"

2 Dekabr 2022 00:00 Dünya çempionatı 655
"Bizim əsas vəzifəmiz onlara problem yaratmaqdır"

Polşa millisinin baş məşqçisi Çeslav Mixneviç komandasının Fransai ilə qarşılaşacağı dünya çempionatının 1/8 final oyunu ilə bağlı gözləntilərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, polşalı məşqçi noyabrın 4-nə nəzərdə tutulmuş matç haqda bunları deyib:

"Rəqibimiz əla formadadır, güclüdür. Fransızlar hazırkı dünya çempionlarıdır. Üstəlik, onların texniki ustalığı yüksək səviyyədə olan idmançıları var.

Bizim əsas vəzifəmiz onlara problem yaratmaqdır. Hamı Braziliya - Fransa finalını arzulayır. Lakin əvvəlcə fransızlar bizi məğlub etməlidirlər".

Polşa dünən Argentinaya məğlub olsa da, top fərqi ilə Meksikanı qabaqlayaraq yer aldığı qrupda ikinci pilləni tutaraq 1/8 finala yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...