"Görüşdüyüm insanların heç biri bununla bağlı mənfi reaksiya verməyib"

1 Dekabr 2022 21:40 Dünya çempionatı 656
"Görüşdüyüm insanların heç biri bununla bağlı mənfi reaksiya verməyib"

FİFA-nın Hakimlər Komitəsinin sədri Pyerluici Kollina DÇ-2022-də keçirilən oyunlar barədə danışıb.

Sportinfo.az xəbər verir ki, o, oyunlara əlavə olunan vaxtın çox olması məsələsi barədə fikirlərini bildirib:

“Oyun müddətinin 50 dəqiqədən az olması problemi bir müddətdir var. Azarkeşlər daha çox futbola baxmaq istəyirlər. FİFA-dan illərdir ki, bununla bağlı yeniliklər etmək istənilib”.

Kollina insanlardan müsbət rəy aldıqlarını da vurğulayıb:

“Stadiondakı tamaşaçılardan müsbət rəylər alınıb. Görüşdüyüm insanların heç biri oyunlara əlavə edilən vaxtla bağlı mənfi reaksiya verməyib.

Düşünürəm ki, tamaşaçılara yaxşı şou və xoş əyləncə təklif etmək vacibdir”.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...