DÇ-də günün oyunları: Almaniya və İspaniya 1/8 finala çıxa biləcək?

1 Dekabr 2022 03:50 Dünya çempionatı 499
DÇ-də günün oyunları: Almaniya və İspaniya 1/8 finala çıxa biləcək?

Bu gün dünya çempionatının qrup mərhələsinin növbəti oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, E və F qruplarında 1/8 finalçıların adına aydınlıq gələcək.

Bununla yanaşı DÇ-ni başa vuracaq növbəti 3 komanda da bəlli olacaq.

Öncə F qrupunun matçları keçiriləcək. Ötən tur gözlənilmədən Mərakeşə uduzan Belçika son dünya çempionatının gümüş medalçısı Xorvatiya ilə qarşılaşacaq.

Mərakeş isə qrup mərhələsindən çıxa bilməyəcəyi ötən tur dəqiqləşən Kanada ilə oynayacaq.

Bu matçlar saat 19:00-da başlayacaq.

E qrupunda isə vəziyyət daha qəlizdir. Qrupdakı 4 komandanın hamısı 1/8 finala çıxa bilər.

İlk turda sürpriz edib Almaniyaya qalib gələn Yaponiya İspaniya ilə qarşılaşacaq.

Hələ ki, turnir cədvəlinin sonuncusu olan Almaniya isə Kosta Rikanı sınağa çəkəcək.

Bu qrupun matçları saat 23:00-da start götürəcək.

F qrupu

3-cü tur

Xorvatiya - Belçika

Kanada - Mərakeş

E qrupu

3-cü tur

Yaponiya - İspaniya

Almaniya - Kosta Rika

Digər Xəbərlər
Xəbər Lenti