Bu ölkə DÇ-2022-də sürpriz şəkildə 1/8 finala qaldı - VİDEO

1 Dekabr 2022 00:00 Dünya çempionatı 687
Bu ölkə DÇ-2022-də sürpriz şəkildə 1/8 finala qaldı - VİDEO

Qətərdə keçirilən dünya çempionatında 1/8 finalın daha bir iştirakçısı bəlli olub.

Sportinfo.az xəbər verir ki, D qrupunun III turunda Danimarka yığmasını minimal hesabla məğlub edən Avstraliya adını pley-offa yazdırıb.

"Yaşıl qitə" təmsilçisinə qələbə qazandıran qolu 60-cı dəqiqədə Mettyu Leki vurub.

Bu nəticədən sonra xallarını 6-ya çatdıran Avstraliya seçməsi Fransadan sonra qrup ikincisi kimi növbəti mərhələyə adlayıb. Komanda bu raundda C qrupunu ilk sırada bitiran yığma ilə qarşılaşacaq.

Daha əvvəl Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya və Braziliya yığmaları 1/8 finala vəsiqə qazanıblar.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?