Səudiyyə qrupda qaldı, Argentina və Polşa 1/8 finalda

1 Dekabr 2022 00:58 Dünya çempionatı 800
Səudiyyə qrupda qaldı, Argentina və Polşa 1/8 finalda

DÇ-2022-nin qrup mərhələsində 3-cü turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün daha 4 matç keçirilib.

D qrupunda pley-offu təmin edən Fransa Tunisə uduzub - 0:1. Avstraliya isə Danimarkaya qalib gəlib - 1:0. Nəticədə Avstraliya qrup 2-cisi kimi 1/8 finala vəsiqə qazanıb.

C qrupunun lideri Polşa ikinci sıradakı Argentina ilə üz-üzə gəlib. Oyun Argentinanın 2:0 hesablı qəlbəsi ilə başa çatıb.

Qrupun digər matçında Səudiyyə Ərəbistanı yığması Meksika ilə qarşılaşıb. Görüş Meksikanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Nəticədə Argentina lider, Polşa isə qrup ikincisi olaraq pley-offa yüksəlib.

30 noyabr

C qrupu

23:00. Polşa Argentina 0:2

Qollar: Aleksis Makallister, 46, Xulio Alvares, 68

Polşa: Voytsex Şesnı, Bartoş Bereşinski, Kristian Belik, Metti Keş, Pşemıslav Frankovski, Kamil Qlik, Yakub Kivyor, Qjeqoj Krıxovyak, Robert Levandovski (K), Pyotr Zelinski, Karol Sviderski

Argentina: Emiliano Martines, Nikolas Otamendi, Nauel Molina, Markos Akunya, Xulian Alvares, Rodriqo de Paul, Entso Fernandes, Kristian Romero, Aleksis Makallister, Anxel Di Mariya, Lionel Messi

23:00. Səudiyyə Ərəbistanı - Meksika 1:2

Qollar: Henri Martin, 48, Luis Çaves, 53

Səudiyyə Ərəbistanı: Məhəmməd Əl-Ovais (q), Saud Abdulhamid, Abdulela Əl-Əmri, Məhəmməd Əl-Burayk, Əli Al Boleahi, Firas Əl-Buraykan, Salem Əl-Dosari, Sultan Əl-Qanam, Saleh Əl-Şəhri, Əli Əl-Həssən, Həsən Əl-Tambakti, Məhəmməd Kanno

Meksika: Gilyermo Oçoa, Sesar Montes, Enri Martin, Eduardo Pinedo, Ektor Moreno, Edson Alvares, Luis Çaves, Xesus Qalyardo, İrvinq Lozano, Aleksis Veqa, Xorxe Sançes

Xal durumu: Polşa - 4, Argentina - 3, Səudiyyə Ərəbistanı - 3, Meksika - 1

D qrupu

19:00. Avstraliya - Danimarka 1:0

Qollar: Metyu Leçki, 60

Avstraliya: Metyu Rayan, Degenek, Kay Rouls, Harri Suttar, Aziz Behiç, Aaron Muy, Rayli Makqri, Cekson İrvin, Mettyu Leki, Mitçell Dyuk, Kreyq Qudvin.

Danimarka: Kasper Şmeyxel, Andreas Kristensen, Yoaxim Andersen, Yoakim Mehle, Kristian Eriksen, Pye-Emil Hoybyerq, Andreas Kristensen, Matias Yensen, Andreas Olsen, Yesper Lindström, Martin Breytueyt

19:00. Tunis - Fransa 1:0

Qollar: Vahbi Xazri, 58

Tunis: 16. Aymen Dahmen, 15. Muhammed Ben Romdahne, 5. Nader Qandri, 21. Vacdi Keçrida, 10. Vahbi Xazri, 14. Aissa Layduni, 12. Ali Maalul, 4. Yassin Meria, 17. Elliess Sxiri, 25. Ben Slimani, 3. Montassar Talbi

Fransa: 16. Stiv Mandanda, 25. Eduardo Kamavinqa, 20. Kinqsli Koman, 3. Aksel Disasi, 13. Yusuf Fofana, 6. Matteo Qenduzi, 12. Randal Kolo Muani, 24. İbrahima Konate, 8. Aurelien Çaumeni, 4. Rafael Varan, 15. Cordan Veretut

Xal durumu: Fransa - 6, Avstraliya - 3, Danimarka - 1, Tunis - 1

Digər Xəbərlər
Xəbər Lenti
8 Fevral 02:30 Ruben Vardanyan qaçdı