"ABŞ birdir, İran sıfırdır" - Bayden Qətərdəki qələbədən danışdı

30 Noyabr 2022 18:20 Dünya çempionatı 345
"ABŞ birdir, İran sıfırdır" - Bayden Qətərdəki qələbədən danışdı

ABŞ prezidenti Co Bayden İran millisini minimal hesabla məğlub edən ABŞ yığması haqda danışıb.

Sportinfo.az xəbər verir ki, ölkə rəhbəri DÇ-2022-nin pley-off mərhələsinə vəsiqə qazanmaq münasibətilə milli komandanı təbrik edib:

“Məşqçi və futbolçularla danışanda dedim ki, siz bacaracaqsız. Həqiqətən də, onlar bunu bacardılar. ABŞ birdir, İran sıfırdır! Oyun bitdi!”

B qrupunda ABŞ 5 xal toplayaraq, DÇ-2022-nin pley-off mərhələsinə adını yazdırıb. Onlar 1/8 finalda Niderland milli komandası ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti