GÜNÜN TƏQVİMİ: Messi dünya çempionatı ilə vidalaşacaq?

30 Noyabr 2022 03:40 Dünya çempionatı 1 019
GÜNÜN TƏQVİMİ: Messi dünya çempionatı ilə vidalaşacaq?

Bu gün dünya çempionatının qrup mərhələsində C və D qruplarında da növbəti mərhələyə çıxacaq komandaların adına tam aydınlıq gələcək.

Sportinfo.az xəbər verir ki, günə D qrupunun matçları ilə start veriləcək.

Burada Fransanın 1/8 finala çıxdığı dəqiqləşsə də, digər 3 komanda Tunis, Avstraliya və Danimarkanın da şansları qalır.

C qrupunda isə 4 komandanın hamısı 1/8 finala vəsiqə əldə edə bilər. 23:00-da başlayacaq bu qrupun oyunlarında Argentina Polşa ilə qarşılaşacaq.

Bu görüş daha çox Polşa millisinin lideri Robert Levandovski və Argentina yığmasının ulduzu Lionel Messi arasındakı duel kimi də maraqla gözlənilir.

D qrupu

3-cü tur

19:00. Avstraliya - Danimarka

19:00. Tunis - Fransa

C qrupu

3-cü tur

23:00. Səudiyyə Ərəbistanı - Meksika

23:00. Argentina - Polşa

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?