Yeddi komanda 1/8 finalda, 4-ü Qətərdən evə yollandı

30 Noyabr 2022 03:20 Dünya çempionatı 1 037
Yeddi komanda 1/8 finalda, 4-ü Qətərdən evə yollandı

Dünya çempionatında A və B qruplarının oyunları başa çatıb.

Sportinfo.az xəbər verir ki, bu qarşılaşmalardan sonra Niderland, Seneqal, İngiltərə və ABŞ-ın da1/8 finala vəsiqə qazanması dəqiqləşib.

Bununla da 1/8 finala çıxan komandaların sayı 7 olub.

Bundan öncə isə Braziliya, Fransa və Portuqaliya 1/8 finala vəsiqə qazanmışdı.

Uelsdən sonra İran da dünya çempionatında mübarizəni dayandıraraq, mundialı erkən başa vuran 4-cü komanda olub.

Daha öncə Kanada və Qətər üçün DÇ bitmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...