"Dünya çempionu olmaq istəyiriksə, o, oynamalıdır"

30 Noyabr 2022 01:50 Dünya çempionatı 367
"Dünya çempionu olmaq istəyiriksə, o, oynamalıdır"

Niderland millisinin baş məşqçisi Lui van Qal DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda Ekvadora qalib gələrək (2:1) 1/8 finala vəsiqə qazanmaları barədə danışıb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis qələbəyə baxmayaraq, bəzi futbolçuların formasının yaxşı olmadığını deyib:

“Biz topa Ekvadordan daha çox sahib idik. İki baxımlı qol vurduq. Ancaq bəzi futbolçuların oyun forması hələ də yaxşı deyil.

Memfis Depay da hər iki qolda iştirak etdiyi qələbədə üçün əsas rol oynadı. Onun oyunundan razıyam.

Amma 2 aya yaxındır ki, oynamadığı üçün onun qayğısına qalmalıyıq. Dünya çempionu olmaq istəyiriksə, Depay oynamalıdır.

Ən vacib olan isə növbəti mərhələyə müsbət aura ilə davam etməyimizdir. Kodi Qakpo gəncdir və o, gələcəkdə böyük ulduz olmaq üçün hər şeyə malikdir”.

Niderland DÇ-2022-nin 1/8 final mərhələsinə A qrupunun lideri kimi adlayıb. Komanda bu mərhələdə B qrupunun 2-cisi ABŞ-la qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti