Seneqal Ekvadoru qrupda saxladı, özü pley-offa yüksəldi - VİDEO

30 Noyabr 2022 00:40 Dünya çempionatı 395
Seneqal Ekvadoru qrupda saxladı, özü pley-offa yüksəldi - VİDEO

Seneqal Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, Afrika təmsilçisi A qrupunun sonuncu - III turunda Ekvadorla üz-üzə gəlib.

Qarşılaşma Seneqalın 2:1 hesablı qələbəsi ilə bitib. Komandanın qollarını 44-cü dəqiqədə penaltidən İsmaila Sarr və 70-ci dəqiqədə Kalidu Kulibali vurub.

Cənubi amerikalılarda isə Moises Kaysedo 67-ci dəqiqədə fərqlənib.

Seneqal kollektivi 6 xalla qrup ikincisi kimi pley-offa yüksəlib və növbəti raundda B qrupunun lideri ilə görüşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"