Pepe bunu bacaran üçüncü futbolçu oldu – Dünya çempionatında

29 Noyabr 2022 22:00 Dünya çempionatı 385
Pepe bunu bacaran üçüncü futbolçu oldu – Dünya çempionatında

Portuqaliya millisinin müdafiəçisi Pepe dünya çempionatları tarixində yeni göstərici ilə yadda qalıb.

Sportinfo.az xəbər verir ki, təcrübəli futbolçu bunu DÇ-2022-nin qrup mərhələsinin Uruqvayla görüşündə meydana çıxaraq nail olub.

O, ən yaşlı oyunçular siyahısında üçüncü pilləyə yüksəlib. Belə ki, Pepe 39 yaş 275 günündə Uruqvaya qarşı oynamış olub.

Bu siyahıya kamerunlu Roje Milla (42 yaş 39 gün) başçılıq edir. Portuqaliyalı isə Kanada millisinin kapitanı Atiba Hatçinsondan (39 yaş, 292 gün) geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti