“Öz-özümə deyirdim ki... Hazırda edə biləcəyim heç nə yoxdur” – VİDEO+FOTOLAR

30 Noyabr 2022 02:00 Dünya çempionatı 2 813
“Öz-özümə deyirdim ki... Hazırda edə biləcəyim heç nə yoxdur” – VİDEO+FOTOLAR

Dünya çempionatında ötən gün keçirilən oyunlardan sonra H qrupunda Portuqaliya növbəti mərhələyə adladı.

Sportinfo.az xəbər verir ki, digər 3 komanda isə 2-ci yer üçün mübarizə aparacaqlar.

Cənubi Koreyanın Portuqaliyaya qarşı oynayacağını nəzərə alsaq, əsas matçın Qana və Uruqvay arasında baş tutacağını söyləmək olar.

Bu iki komanda arasında keçiriləcək matçın əhəmiyyəti olduqca vacibdir.

Bu matç futbol azarkeşlərinin bir çoxuna 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən mundialı xatırladıb. Həmin vaxt Qana və Uruqvay milli komandaları ¼ finalda üz-üzə gəlmişdi. Dramatik keçən matç daha çox Luis Suaresin uğurlu qayda pozuntusu və o vaxt Qananın ulduz futoblçusu olan Asamoa Qyanın uğursuzluğu ilə yadda qalıb.

Əsas hissəsi 1:1 hesabı ilə başa çatan qarşılaşmada əlavə vaxt oynanılır. Matç əlava vaxta uzanır. Əlavə edilmiş 30 dəqiqənin sonuncusunda Qana qol vurmaq üçün fürsət əldə edir və Stiven Appianın başla qapıya göndərdiyi zərbənin qol olmasın Luis Suares imkan vermir. Amma o, topu qapıdan çıxararkən əllə oynayır və bu hakimin gözündən yayınmır. Suares qırmızı vərəqə ilə meydandan qovulur. Uruqvayın qapısına isə penalti təyin edilir.

Hər kəs düşünürdü ki, Qana millisi bu penaltini vurmaqla tarix yazacaq və DÇ-nin yarımfinalın çıxan ilk Afrika komandası olacaq. Topa yaxınlaşan Asamoa Qyan isə 11 metrlik cərimə zərbəsindən istifadə edə bilmir. O, topu qapı tirinə vurur və bütün azarkeşlərini məyus edir.

Yarımfinalçının adına isə penaltilər seriyasında aydınlıq gəlir. Uruqvay burada 4:2 qalib gələrək son 4 komanda sırasına adını yazdırır. Luis Suares Uruqvayda qəhrəman, Qyan isə Qanada antiqəhrəman olur.

Sonralar Asamoa həmin anları belə xatırlayır:

“Ölkəmi xilas etmək üçün ora getdim, amma sonda cani oldum. Bütün gecəni səhərə qədər ağladım. Biz dünya çempionatında yarımfinala çıxan ilk Afrika komandası ola bilərdik.

Təkbaşına qalanda o zərbə haqda çox düşünürəm. Öz-özümə deyirdim ki, daha bir şans əldə etmək istəyirəm, amma bunu qəbul edirəm.

Hazırda edə biləcəyim heç nə yoxdur. Bu, çox ağrılıdır və məni bütün ömrüm boyu təqib edəcək” (qafqazinfo).

Digər Xəbərlər
Xəbər Lenti