
Bu gün DÇ-2022-nin qrup mərhələsində sonuncu - 3-cü tura start verilib.
Sportinfo.az xəbər verir ki, A qrupunda Bakı vaxtı ilə saat 19:00-da Ekvador Seneqalla, eyni vaxtda Niderland Qətərlə qarşılaşıb.
Niderland 2:0, Seneqal isə 2:1 hesablı qələbə ilə qrupda müvafiq olaraq 1-ci və 2-ci yerləri tutaraq 1/8 finala vəsiqə qazanıb.
B qrupunda isə saat 23:00-da İran ABŞ-la qarşılaşıb. ABŞ rəqibini 1:0 hesabı ilə məğlub edib. Eyni saatda Britaniya derbisi gerçəkləşib.
Uels İngiltərə ilə üz-üzə gəlib və böyükhesablı qələbə qazanıb - 3:0. Bu nəticələrdən sonra ABŞ və İngiltərə də 1/8 finala vəsiqə əldə edib.
DÇ-2022-də Portuqaliya və Franda pley-offa vəsiqəni təmin edib.
29 noyabr
A qrupu
19:00. Ekvador - Seneqal 1:2
Qollar: Moyzes Kaysedo, 68 - İsmaila Sarr, 44 (pen), Xalidu Kulibali, 70
Baş hakim: Kleman Türpen (Fransa)
"Xəlifə" stadionu
Ekvador: 1. Hernan Kalindez (q), 23. Moises Kaysedo, 11. Miçel Estrada, 7. Pervis Estupinan, 21. Alan Franko, 8. Karlos Qruezo, 3. Pedro Hinkeyp, 19. Qonzalo Plata, 17. Angeo Presiado, 2. Feliks Torres, 13. Ener Valensiya (k)
Seneqal: 16. Eduard Mendi, 11. Pate Siss, 9. Bulaye Dia, 22. Abdu Diallo, 5. İdrissa Queye, 26. Pape Queyye, 14. İsmail Yakobs, 3. Kalidu Kulibali (k), 13. İliman Ndiaye, 21. Yussuf Sabali, 18. İsmaila Sarr
19:00. Niderland - Qətər 2:0
Qollar: Kodi Qakpo, 27, Frenki de Yonq, 50
Baş hakim: Bakari Qassama (Qambiya)
"Əl Beyt" stadionu
Niderland: 23. Andries Noppert, 2. Yurien Timber, 4. Vircil Van Dayk, 5. Natan Ake, 22. Denzel Dümfriz, 15. Marten De Run, 21. Frenki De Yonq, 17. Deyli Blind, 14. Deyvi Klaassen, 10. Memfis Depay, 8. Kodi Qakpo
Qətər: 22. Meşal Barşam, 17. İsmael Mohammed, 2. Pedro Migel, 16. Bualem Xuki, 3. Abdelkarim Hassan, 14. Homam Ahmed, 6. Abdulaziz Hatem, 23. Assim Madibo, 10. Hasan Al Haydos, 19. Almoez Ali, 11. Akram Afif
B qrupu
23:00. İran - ABŞ 0:1
Qollar: Kristian Pulisic, 39
İran: 1. Əlirza Beyrəvand, 23. Ramin Rezaean, 19. Məcid Hüseyni, 8. Mürtəza Pürəligənci, 5. Milad Məhəmmədi, 6. Səid Ezotalahi, 21. Əhməd Nurullahi, 3. Ehsan Həcisəfi, 9. Mehdi Taremi, 20. Serdar Azmun, 17. Əli Qulizadə
ABŞ: 1. Met Törnr, 2. Sejinyo Dest, 20. Kemron Karter Viks, 13. Tim Rim, 5. Entoni Robinson, 4. Tayler Adams, 6. Yunus Musa, 8.Ueston Makkeni, 21. Timoti Vea, 24. Coşua Serjent, 10. Kristian Pulişiç
Baş hakim: Migel Mateu Laos (İspaniya)
"Al Tumama" stadionu
23:00. Uels - İngiltərə 0:3
Qollar: Markus Reşford, 50, 68, Fil Foden, 52
Uels: 12. Denni Uard, 3. Neko Uilliams, 4. Ben Deyvis, 5. Kris Mefam, 6. Co Rodon, 7. Co Allen, 10. Aaron Remzi, 11. Qaret Beyl, 13. Kiffer Mur, 15. Etan Ampadu, 20. Daniel Ceyms
İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 3. Luk Şou, 4. Deklan Rayz, 5. Con Stounz, 6. Herri Maquayr, 8. Cordan Henderson, 9. Harri Keyn, 11. Markus Reşford, 20. Fil Foden, 22. Cud Bellingem
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
"Əhməd ibn Əli" stadionu