Portuqaliya Fernandeşin dublu ilə 1/8 finalda - VİDEO

29 Noyabr 2022 01:10 Dünya çempionatı 747
Portuqaliya Fernandeşin dublu ilə 1/8 finalda - VİDEO

Portuqaliya Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqəni təmin edib.

Sportinfo.az xəbər verir ki, Fernandu Santuşun başçılıq etdiyi kollektiv buna H qrupunun II tur oyununda Uruqvayı 2:0 hesabı ilə məğlub etməklə nail olub.

Brunu Fernandeşin vurduğu qollar pireneyliləri sona bir tur qalmış pley-offa daşıyıb.

28 yaşlı yarımmüdafiəçi 54-cü hesabı açıb. 90+3-cü dəqiqədə isə penaltini dəqiq yerinə yetirən Fernandeş yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 6-ya çatdıran Pireney təmsilçisi liderliyini qoruyub. 1 xalı olan Uruqvay və Cənubi Koreya yığmaları 3-4-cü yerləri bölüşdürür. Qana seçməsi isə 3 xalla ikincidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!