Dünya çempionatında qollar yağış kimi yağdı - VİDEO

28 Noyabr 2022 16:10 Dünya çempionatı 371
Dünya çempionatında qollar yağış kimi yağdı - VİDEO

Qətərdə keçirilən dünya çempionatında qrup mərhələsinin ikinci turunda daha bir oyun baş tutub.

Sportinfo.az xəbər verir ki, günün ilk matçında G qrupunda Kamerun və Serbiya komandaları üz-üzə gəliblər.

Qarşılaşma 3:3 hesabı ilə bitib. Afrikalıların qollarını 29-cu dəqiqədə Jan-Şarles Kastelletto, 64-cü dəqiqədə Vinsent Abubakar və 66-cı dəqiqədə Erik Çupo-Motinq vurub.

Avropa təmsilçisində 45+1-ci dəqiqədə Strahinya Pavloviç, 45+3-cü dəqiqədə Sergey Milinkoviç Saviç və 53-cü dəqiqədə Aleksandr Mitroviç fərqlənib.

Hər iki tərəf mundialda ilk xalını qazanıb. Qrupa 3 xalla Braziliya seçməsi başçılıq edir. İkinci sıradakı İsveçrə də eyni xala malikdir. Serbiya və Kamerunun hərəyə bir xalı var.

Qrupun digər matçında "sambaçılar" İsveçrə kollektivi ilə görüşəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu