Braziliya və Portuqaliya 1/8 finalda, Qana qazandı

29 Noyabr 2022 00:58 Dünya çempionatı 1 090
Braziliya və Portuqaliya 1/8 finalda, Qana qazandı

Qətərdə təşkil olunan DÇ-2022-də bu gün 2-ci tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, G və H qruplarında 4 matç keçirilib.

G qrupunda Kamerun Serbiya ilə qarşılaşıb. 6 qolun vurulduğu görüşdə qalib müəyyənləşməyib - 3:3.

Bu qrupun digər matçında isə Braziliya İsveçrəni sınağa çəkib və 1:0 hesabı ilə qalib gəlib. Bu qələbə ilə xalını 6-ya yüksəldən Braziliya pley-offa vəsiqəni təmin edib.

H qrupunda Cənubi Koreya Qana ilə üz-üzə gəlib və 2:3 hesabı ilə uduzub. Bu qrupun digər oyununda isə Portuqaliya Uruqvayla qarşılaşıb və 2:0 hesablı qələbə ilə xallarını 6-ya çatdıraraq pley-offa vəsiqəni təmin edib.

G qrupu

14:00. Kamerun - Serbiya 3:1

Qollar: Jan-Şarl Kastelletdo, 29, Vinsent Abubakar, 64, Erik Maksim Çupo-Motinq, 66 - Strahinya Pavloviç, 45+1, Sergey Milinkoviç-Saviç, 45-3, Aleksandar Mitroviç, 53

Kamerun: 16. Devis Epassi, 19. Kollins Fai, 21. Şarles Kastellito, 3. Nikolas Nkulu, 25. Nuhu Tolo, 15. Pyer Malonq Kunde, 8. Zambo Angiza, 18. Martin Honqla, 20. Brayan Mbeumo, 13. Erik Çupo-Motinq, 12. Toko Ekambi

Serbiya: 23. Vanya Milinkoviç-Saviç, 2. Strahinya Pavloviç, 5. Miloş Velikoviç, 4. Nikola Milenkoviç, 17. Filip Kostiç, 6. Nemanya Maksimoviç, 16. Saşa Lukiç, 14. Andriya Jivkoviç, 20. Sergey Milinkoviç-Saviç, 9. Aleksandr Mitroviç, 10. Duşan Tadiç

20.00. Braziliya - İsveçrə 1:0

Qollar: Kazemiro, 83

Braziliya: Alisson, Militao, Tiaqo Silva, Markinyos, Aleks Sandro, Kazemiro, Fred, Lukas Paketa, Rişarlison, Rafinya, Vinisius Junior

İsveçrə: Zommer, Vidmer, Elvedi, Akanji, Rodriqes, Caka, Froyler, Sou, Varqas, Rider, Embolo

Xal durumu: Braziliya - 3, İsveçrə - 3, Kamerun - 0, Serbiya - 0.

H qrupu

17:00. Cənubi Koreya- Qana 2:3

Qollar: Jo Qe-sun, 58 - Mohammed Salisu, 24, Mohammed Kudus, 35, 68

Cənubi Koreya: 1. Kim Sunqyu, 3. Kim Jin Su, 19. Kim Yunq Qvon, 4. Kim Min Ji, 15. Kim Mun Hvan, 6. Hvan İn Beom, 5. Yung Vu Yunq, 22. Hun Çan Kvon, 25. Yun Vu Yonq, 7. Hın Min Son, 9. Sun Kyu Ço

Qana: 1. Laurens Aitiziqi, 14. Cideon Mensah, 4. Mohammed Salisu, 18. Daniel Amarte, 2. Tariq Lampte, 21. Salis Abdulsamed, 20. Mohammed Kudus, 5. Tomas Parte, 9. Cordan Ayu, 19. İnaki Uillyams, 10. Andre Ayu

23:00. Portuqaliya - Uruqvay 2:0

Qollar: Buruno Fernandeş, 55, 90+3 (pen)

Portuqaliya: Koşta, Kanselu, Diaş, Pepe, Mendeş, Bernardu Silva, Neveş, Karvalyu, Bruno Fernandeş, Ronaldo, Feliks

Uruqvay: Roçet, Koates, Qodin, Ximenes, Varela, Valverde, Bentankur, Vesino, Olivera, Kavani, Nunes

Xal durumu: Portuqaliya - 3, Uruqvay - 1, Cənubi Koreya - 1, Qana - 0

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"