Xorvatiya ilk qələbəsini qazandı, Kanada qrupda qaldı - VİDEO

28 Noyabr 2022 00:30 Dünya çempionatı 317
Xorvatiya ilk qələbəsini qazandı, Kanada qrupda qaldı - VİDEO

Qətərdə keçirilən dünya çempionatında qrup mərhələsinin ikinci turunda daha bir oyun baş tutub.

Sportinfo.az xəbər verir ki, günün üçüncü matçında F qrupunda Xorvatiya və Kanada üz-üzə gəlib.

Avropa təmsilçisi rəqibini 4:1 hesabı ilə üstələyib. Görüşdə hesabı 2-ci dəqiqədə Kanada yığmasının heyətində Alfonso Deyvis açıb.

Xorvatların qollarını 36-cı və 70-ci dəqiqələrdə Andrey Kramariç, 44-cü dəqiqədə Marko Livaya, 90+4-cü dəqiqədə isə Lovro Mayer vurub.

Ötən mundialın finalçısı qələbə sayəsində xallarının sayını 4-ə çatdırıb və liderliyə yüksəlib. İkinci sıradakı Mərakeş kollektivinin də eyni xalı var.

Belçika 3 xalla üçüncü yerdədir. Xalı olmayan Kanada kollektivi növbəti mərhələ şanslarını itirib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!