"Xırda səhvlərə yol verdik, ancaq Messi onları da bağışlamır"

28 Noyabr 2022 00:10 Dünya çempionatı 287
"Xırda səhvlərə yol verdik, ancaq Messi onları da  bağışlamır"

Meksika millisinin baş məşqçisi Xerardo Martino DÇ-2022-də Argentinaya 0:2 hesabı ilə uduzduqlarını şərh edib.

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis Lionel Messi faktorunu xüsusi qeyd edib:

“Qrupdan çıxmaq üçün sona qədər mübarizə aparacağıq. Argentina ilə matçda buraxdığımız

ilk qola gəldikdə, xırda səhvlərə yol verdik. Ancaq Lionel Messi səhvləri bağışlamır. Hətta bu cür səhvləri belə, keçmir”.

Xatırladaq ki, Meksika qrupun üçüncü turunda Səudiyyə Ərəbistanı, Argentina isə Polşa ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti