"Başa düşürəm ki, bu, mənim son dünya çempionatım ola bilər"

27 Noyabr 2022 22:00 Dünya çempionatı 261
"Başa düşürəm ki, bu, mənim son dünya çempionatım ola bilər"

"Yaş keçdikcə daha da emosional oluram.

Artıq dövlət himninin ifası zamanı məni hansı hisslərin müşayiət etdiyini hiss etdim.

Bunun niyə baş verdiyini söyləmək çətindir, amma belə oldu. Qol vurduqdan sonra özümdə deyildim. Emosiyalar və uşaqlıq arzuları gerçəkləşdi".

Sportinfo.az xəbər verir ki, bu sözləri Polşa millisinin futbolçusu Robert Levandovski DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunda Səudiyyə Ərəbistanına 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

Sözügedən görüşdə fərqlənən 34 yaşlı hücumçu karyerası ərzində mundialda ilk qolunu vurub. O, həmin an göz yaşlarını saxlaya bilməyib.

Levandovski söyləyib ki, Polşa millisinə fayda vermək hər şeydən önəmlidir:

"Amma ambisiyalarım var. Başa düşürəm ki, bu, mənim son dünya çempionatım ola bilər. Bu qol mənim arzum idi”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!