Messi belə nəticəyə çatan ilk futbolçudur.- Dünya çempionatında

27 Noyabr 2022 21:40 Dünya çempionatı 356
Messi belə nəticəyə çatan ilk futbolçudur.- Dünya çempionatında

Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatları tarixində rekorda imza atıb.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı hücumçu buna ötən gecə DÇ-2022-nin 2-ci turunda Meksika ilə görüşdə (2:0) nail olub.

Messi matçda 1 qol vurmaqla yanaşı, 1 qolun ötürməsini də verib. Nəticədə Messi ardıcıl 5 dünya çempionatında qol ötürməsinə imza atıb. O, belə nəticəyə çatan ilk futbolçudur.

Forvard daha əvvəl 2006, 2010, 2014 və 2018-ci illərdəki mundiallarda qol ötürməsi verib.

Digər Xəbərlər
Xəbər Lenti