VİDEO: Mərakeş DÇ-2022-də NÖVBƏTİ SÜRPRİZə imza atdı

27 Noyabr 2022 19:10 Dünya çempionatı 776
VİDEO: Mərakeş DÇ-2022-də NÖVBƏTİ SÜRPRİZə imza atdı

Qətərdə keçirilən dünya çempionatında qrup mərhələsinin ikinci turunda daha bir oyun baş tutub.

Sportinfo.az xəbər verir ki, günün ikinci matçında F qrupunda Belçika və Mərakeş komandaları üz-üzə gəliblər.

Mərakeş rəqibini 2:0 hesabı ilə üstələyib. 73-cü dəqiqədə Abdelhamid Sabiri, 90+2-ci dəqiqədə isə Zakariya Abuhlyal fərqlənib.

Afrika təmsilçisi xallarının sayını dördə çatdırıb və liderliyə yüksəlib. Belçika üç xalla ikinci, Xorvatiya bir xalla üçüncü sıradadır. Xalı olmayan Kanada seçməsi sonuncu yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 23:30 Çək və bizə göndər!