Kosta-Rika sensasiya etdi, Xorvatiya istəyinə çatdı, İspaniya Almaniya ilə sülh bağladı

28 Noyabr 2022 00:58 Dünya çempionatı 1 158
Kosta-Rika sensasiya etdi, Xorvatiya istəyinə çatdı, İspaniya Almaniya ilə sülh bağladı

Qətərdə təşkil olunan DÇ-2022-də qrup mərhələsinin 2-ci turunun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün 4 matç keçirilib.

E qrupunda Bakı vaxtı ilə saat 14:00-da Yaponiya Kosta-Rika ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub. Saat 23:00-da İspaniya Almaniya ilə qarşılaşıb və 1:1 hesablı bərabərə qalıb.

F qrupunda Belçika Mərakeşlə qarşılaşıb. Oyun Mərakeşin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər görüşündə isə Xorvatiya Kanada ilə üz-üzə gəlib. Oyun xorvatların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Hər iki görüşdə uduzan Kanada millisi pley-offa çıxmaq şansını itirib.

27 noyabr

E qrupu

14:00. Yaponiya - Kosta Rika 0:1

Qollar: Fuller, 82

Baş hakim: Maykl Oliver (İngiltərə)

"Əhməd İbn Əli" stadionu

Yaponiya: 12. Şuiçi Qonda (q), 2. Miki Yamane, 5. Yuto Naqatomo, 22. Maya Yoşida (k), 4. Ko İtakura, 6. Vataru Endo, 8. Ritsu Doan, 13. Hidemasa Morita, 15. Daiçi Kamada, 24. Yuki Soma, 21. Ayase Ueda

Kosta Rika: 1. Keylor Navas, 19. Kendal Vaston Manle, 6. Oskar Duarte, 15. Fransisko Kalve, 8. Brayan Ovyedo, 13. Gerson Torres, 17. Yeltsin Texeda, 5. Selso Borxes, 4. Keyşer Fuller, 7. Antoni Kontreas, 17. Joel Kempbell

23:00. İspaniya - Almaniya 1:1

Qollar: Alvaro Morata, 63 - Niklas Fullkruq, 83

Almaniya: Manuel Noyer, Tilo Kerer, Niklas Süle, Antonio Rüdiger, David Raum, Coşua Kmmix, Leon Qoretska, Cama Musiala, İlkay Gündoğan, Serj Qnabri, Tomas Müller

İspaniya: Unay Simon, Dani Karvahal, Rodri, Emerik Lyaport, Jordi Alba, Qavi, Serxio Busgets, Pedri, Marko Asensio, Dani Olmo, Ferran Torres

Baş hakim: Denni Makkelli (Niderland)

"Əl Bayt" stadionu

Xal durumu: İspaniya - 3, Yaponiya - 3, Almaniya - 0, Kosta Rika - 0

F qrupu

17:00. Belçika - Mərakeş 0:2

Qollar: Sabiri, 73, Abuklal, 90+2

Belçika: Tibo Kurtua, Toma Mönye, Tobi Alderveyreld, Yan Vertongen, Timoti Kastan, Amadu Onana, Aksel Vitsel, Eden Hazard, Torqan Hazard, Mişi Batşuayi, Kevin De Brüyne

Mərakeş: Yassin Bunu, Aşraf Hakimi, Nayef Aquerd, Romen Saiss, Nussair Mazraui, Sofyan Amrabat, Unai Azzedin, Sekin Amallah, Hakim Ziyeş, Yussuf En-Nesiri, Sofyan Bufal

Baş hakim: Sesar Arturo Ramos (Meksika)

"Al Tumama" stadionu

20:00. Xorvatiya - Kanada 4:1

Qollar: Andrey Kramariç, 36, Marko Livaya, 44 , Andrey Kramariç, 70, Lovro Mayer, 90+4 - Deyvis, 2

Xorvatiya: Dominik Livakoviç, Yosip Yuranoviç, Deyan Lovren, Yosko Qvardiol, Borna Sosa, Luka Modriç, Marselo Brozoviç, Mateo Kovaçiç, Marko Livaya, İvan Perişiç, Andrey Kramariç.

Kanada: Milan Boryan; Riçi Lareya, Alister Conston, Stiven Vitoriya, Kamal Miller, Alfonso Deyvis; Tedjon Byukenen, Atiba Hatçinson, Stiven Euştakiu, Kayl Larin; Conatan Devid.

Baş hakim: Andres Matonte (Uruqvay)

"Xəlifə" stadionu

Digər Xəbərlər
Xəbər Lenti