Mbappe dubla imza atdı, Fransa Danimarkanı uddu, qrupdan çıxdı - VİDEO

27 Noyabr 2022 00:50 Dünya çempionatı 567
Mbappe dubla imza atdı, Fransa Danimarkanı uddu, qrupdan çıxdı - VİDEO

Qətərdə keçirilən dünya çempionatının D qrupunun ikinci turunun Fransa - Danimarka matçı başa çatıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşma Fransanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı 61-ci dəqiqədə Kilian Mbappenin qolu ilə Fransa açıb. Danimarka 68-ci dəqiqədə Anderas Kristensenlə hesabı bərabərləşdirib.

Bununla belə, oyunun 86-cı dəqiqəsində Mbappe yenidən səhnəyə çıxıb. Qrizmanın ötürməsindən sonra dəqiq oynayan hücumçu komandasının qələbə qolunu vurub.

Beləliklə, ikinci turdan sonra D qrupunda Fransa 6 xalla birinci pillədə qərarlaşıb və növbəti mərhələyə çıxmağa haqq qazanıb.

Avstraliyanın 3 xalı var və ikinci pillədədir. Hərəyə bir xal toplamış Danimarka və Tunis uyğun olaraq 3 və 4-cü yerləri bölüşdürürlər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!