“Əgər mən yaxşı olsam, komandamız dünya çempionu ola bilər”

27 Noyabr 2022 00:00 Dünya çempionatı 510
“Əgər mən yaxşı olsam, komandamız dünya çempionu ola bilər”

Belçika millisinin kapitanı Eden Hazard DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunun Mərakeşlə oyun öncəsi durumu haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, bərpasının yaxşı getdiyini deyib:

"Qətərdə milli komandanın tibb işçiləri, yaxşı işləyən fizioterapevtləri var. Komanda olaraq daha yaxşı olacağıq.

Kanada ilə oyunda özümü yaxşı hiss edirdim. Mən oynamaq istəyirəm və bu, ən vacib şeydir.

Həmişə demişəm ki, nə qədər çox oynasam, bir o qədər yaxşı hiss edirəm.

Düşünürəm ki, hər matçda iştirak etməliyəm ki, komanda ilə uğur qazanaq. Əgər mən yaxşı olsam, Belçika dünya çempionu ola bilər”.

DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunda bu gün keçiriləcək. Belçika - Mərakeş oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!