Qətər üçün mundial başa çatıb.
Sportinfo.az xəbər verir ki, bu Niderland və Ekvador arasındakı 1-1-lik heç-heçədən sonra rəsmiləşib.
Artıq Qətərin qrupdan çıxa bilməyəcəyi dəqiqdir. Qətər dünya çempionatları tarixində qrupda qalan ikinci ev sahibi komanda olub.
A qrupunun II turunda Seneqala 1:3 hesabı ilə uduzan Asiya təmsilçisi 1/8 finala çıxmaq şanslarını itirib.
Feliks Sançes Basın başçılıq etdiyi kollektiv qrupdakı ilk matçında Ekvadora uduzub - 0:2.
Daha əvvəl Cənubi Afrika Respublikası (CAR) yığması 2010-cu ildə qəbul etdiyi mundialda qrup mərhələsini adlaya bilməyib.

