Niderland Ekvadorun öhdəsindən gəlmədi - VİDEO

26 Noyabr 2022 00:30 Dünya çempionatı 796
Niderland Ekvadorun öhdəsindən gəlmədi - VİDEO

Qətərdə keçirilən dünya çempionatının A qrupunda II tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son matçında Niderland və Ekvador yığmaları üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Görüşdə ilk qolu 6-cı dəqiqədə "narıncılar"dan Kodi Qakpo vurub. 49-cu dəqiqədə isə Enner Valensiya tarazlığı bərpa edib.

Qrupun digər matçında ev sahibi Qətər Seneqala uduzub - 1:3.

2 turdan sonra aktivində 4 xalı olan Ekvador və Niderland ilk iki sıranı bölüşdürür. Seneqal 3 xalla üçüncü, xalı olmayan Qətər isə sonuncudur. Bu nəticədən sonra ev sahiblərinin qrupda qalması dəqiqləşib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 23:30 Çək və bizə göndər!