Millidə qolların sayına görə dünya rekordu qırdı - Kriştiano Ronaldo

10 İyun 2025 00:20 Dünya çempionatı 900
Millidə qolların sayına görə dünya rekordu qırdı - Kriştiano Ronaldo

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo millinin heyətində qolların sayına görə dünya rekordu qırıb. O, buna İspaniya millisi ilə UEFA Millətlər Liqasının finalındakı (2:2, 5:3-pen.) qolu ilə nail olub.

Sportinfo.az xəbər verir ki, Ronaldo millinin heyətində 138-ci qolunu vuraraq dünya rekordunu yeniləyib.

Bu göstəricidə ikinci yerdə millinin heyətində 112 qolu olan argentinalı hücumçu Lionel Messi qərarlaşıb.

Ronaldo Portuqaliya millisi ilə üçüncü kubokunu qazanıb. O, 2019-cu ildə Millətlər Liqasında da yarışıb, 2016-cı ildə isə Avropa çempionatının qalibi olub.

40 yaşlı hücumçu həm də UEFA Millətlər Liqasının finalı tarixində ən yaşlı iştirakçısı olub.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...