Komandaların çempionluq ŞANSLARI - DÇ-2022 PROQNOZU

25 Noyabr 2022 22:40 Dünya çempionatı 869
Komandaların çempionluq ŞANSLARI - DÇ-2022 PROQNOZU

Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin I tur oyunlarından sonra bukmeker kontorları komandaların şanslarını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, ekspertlər mundialın qalibi olmağa əsas namizəd qismində Braziliya yığmasını görür.

“Pentakampeonlar”ın kuboku qazanmaq ehtimalı 3,75 əmsalla qiymətləndirilib.

Onu İspaniya və Fransa təqib edir. Hər iki Avropa komandasının şansı 8,00 əmsala bərabər göstərilib. İngiltərə əmsal baxımından bu komandalardan cüzi geri qalır – 8,50.

Digər komandaların çempionluq şansı isə belədir:
5. Argentina – 10,50
6. Portuqaliya - 14,00
7. Niderland – 15,00
8. Belçika – 21,00
9. Almaniya – 27,00
10. Danimarka – 45,00
11. Uruqvay - 50,00
12. Xorvatiya - 75,00
13. İsveçrə - 85,00
14. Ekvador və Yaponiya – 100,00
16. Serbiya – 110,00
17. Meksika – 125,00

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 23:30 Çək və bizə göndər!