DÇ-2022: Seneqal və İrandan qələbə, İngiltərə büdrədi

26 Noyabr 2022 01:00 Dünya çempionatı 1 208
DÇ-2022: Seneqal və İrandan qələbə, İngiltərə büdrədi

Bu gün DÇ-2022-nin qrup mərhələsinin 2-ci turuna start verilib.

Sportinfo.az xəbər verir ki, əvvəlcə B qrupunda Uels və İran yığmaları üz-üzə gəlib.

Oyun İran millisinin qələbəsi ilə başa çatıb - 2:0. Bu qrupun digər oyununda ABŞ yığması İngiltərə ilə qarşılaşıb və qolsuz bərabərə qalıb.

A qrupunda ev sahibi Qətər Seneqala uduzub - 1:3. Bu qrupun digər görüşündə isə Niderland Ekvadorla heç-heçə edib.

25 noyabr

A qrupu

17:00. Qətər - Seneqal 1:3

Qollar: Muntari, 78 - Bulaye Dia, 42, Famara Didu, Dayenq, 84

Qətər: 22. Meşal Barşam, 2. Pedro Migel, 17. Mohammed İsmael, 16. Bualem Xuki, 3.Hassan Abdelkerim, 14. Homam Ahmed, 10. Hasan Al Haydos, 12. Karim Budiaf, 23. Assim Madibo, 19. Almoez Ali, 11. Akrem Afif

Seneqal: 16. Eduard Mendi, 22. Abdu Diallo, 14. İsmail Yakobs, 3. Kalidu Kulibali, 21. Yusuf Sabali, 6. Nampalis Mendi, 5. Queye İdrissa, 18. İsmaila Sarr, 19. Famara Didu, 15. Krepin Diatta, 9. Bulaye Dia

Baş hakim. Antonio Migel Mateu Laos (İspaniya)

"Al Tumama" stadionu

20:00. Niderland - Ekvador 1:1

Qollar: Kodi Qakpo,6 - Enner Vaıensiya, 48

Niderland: Andris Noppert, Yurrien Timber, Vircil van Deyk, Natan Ake, Denzel Damfris, Ten Kapmayners, Frenki de Yonq, Deyli Blind, Devi Klassen, Stiven Berqveyn, Kodi Qakpo

Ekvador: Ernan Qalindes, Feliks Torres, Pyero İnkapye, Pervis Estupinyan, Anxelo Presiado, Qonsalo Plata, Ceqson Mendes, Moyses Kaysedo, Mikael Estrada, Enner Valensiya (k), Cekson Poroso

Baş hakim: Mustafa Qorbal (Əlcəzair)

"Xəlifə" stadionu

B qrupu

14:00. Uels - İran 0:2

Qollar: Çeşmi, 90+8, Rezaian, 90+10
Qırmızı vərəqə: Hennesi 87

Baş hakim: Mario Eskobar (Qvatemala)

"Əhməd Bin Əli" stadionu

Uels: 1. Ueyn Hennessi, 5. Kris Mefam, 6. Co Rodon, 4. Ben Deyvis, 14. Konnor Roberts, 15. İtan Ampadu, 10. Aaron Remzi, 8. Harri Uilson, 3. Neko Uillyams, 11. Qaret Beyl (k), 13. Kiffer Mur

İran: 20. Hüseyn Hüseyni, 3. Ehsan Həcsəfi, 5. Milad Muhammədi, 23. Ramin Rezaeyan, 19. Macid Hüseyni, 6. Səid İzzətulahi, 17. Əli Quluzadə, 21. Əhməd Nurullahi, 20. Sərdar Azmun, 9. Mehdi Taremi, 8. Murtaza Purilaqanji.

23:00. İngiltərə - ABŞ 0:0

İngiltərə: 1. Cordan Pikford (q), 12. Kiran Tripyer, 5. Con Stounz, 6. Harri Maquayr, 3. Lyuk Şou, 4. Deklan Rays, 22. Cud Bellingem, 17. Bukayo Saka, 19. Meyson Maunt, 10. Rahim Sterlinq; 9. Harri Keyn (k)

ABŞ: Mett Törner, Serjino Dest, Uoker Zimmerman, Tim Rim, Antoni Robinson, Ueston Makkenni, Tayler Adams, Yunus Musa, Tim Veah, Haci Rayt, Kristian Pulişiç

Baş hakim: Xesus Valensuela (Venesuela)

"Əl Bayt" stadionu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!