“Səhv etməkdən qorxduq, pis olduq, şikayət etməyəcəyik”

25 Noyabr 2022 00:10 Dünya çempionatı 522
“Səhv etməkdən qorxduq, pis olduq, şikayət etməyəcəyik”

Xorvatiya DÇ-2022-nin ilk matçında Mərakeşlə 0:0 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, oyundan sonra "damalılar"ın baş məşqçisi Zlatko Daliç açıqlama verib.

56 yaşlı mütəxəssis qrupdan çıxmaq üçün 4-5 xal toplamalı olduqlarını bildirib:

"Gözlədiyimiz kimi çətin oyun oldu. Mərakeşin kompakt və yaxşı təşkil olunmuş komanda olduğunu bilirdik.

Səhv etməkdən qorxduq. Qrupdan çıxmaq üçün 4 və ya 5 xal toplamağımız lazımdır. Şikayət etməyəcəyik, önümüzə baxacağıq".

Kapitan Luka Modriç də çətin oyun olduğunu bildirib:

"Çətin oyun idi, xüsusən də ilk hissədə. Birinci hissənin son 10-15 dəqiqəsində yaxşı oynadıq. İkinci hissədə daha yaxşı idik.

Amma qol vura bilməməyimiz pis oldu. Qrupdan çıxmaq üçün qarşıda 2 matçımız var".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!