“Cəsarətimiz yox idi və qərarlı deyildik, vəziyyət fərqlidir”

24 Noyabr 2022 00:10 Dünya çempionatı 235
“Cəsarətimiz yox idi və qərarlı deyildik, vəziyyət fərqlidir”

“Çətin matç oldu. Biz bunu gözləyirdik.

Rəqib kompakt oynadı, müdafiədə yaxşı çıxış etdi.

Cəsarətimiz yox idi və qərarlı deyildik. Bilirik ki, qrupdan çıxmaq üçün 4-5 xal toplamaq lazımdır".

Sportinfo.az xəbər verir ki, bu sözləri Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç DÇ-2022-nin qrup mərhələsinin 1-ci turunda Mərakeşlə qolsuz bərabərə qaldıqları oyundan sonra deyoib.

"Xorvatiya millisinin oyunçularını günahlandıra biləcəyim yeganə şey cəsarət və əzmkarlığın olmamasıdır.

İndiki vəziyyət dörd il əvvəlkindən fərqlidir, çünki hamının hədəfi bizik. İndi diqqətimizi növbəti oyunlara cəmləmişik" - deyə o bildirib.

Mütəxəssis ilk hissəsnin son 10-15 dəqiqəsində daha yaxşı oynadıqlarını vurğulayıb:

"İkinci hissədə isə daha yaxşı idik, qol vura bilməməyimiz pis oldu. Üstün olan tərəf biz idik".

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 22:00 Premyer Liqaya qayıdır
4 Dekabr 12:10 Bugünün hava PROQNOZU